Hotel and restaurant complex with 40 apartments featuring premium amenities and ultra-modern design.
Sağlamlığın Yeni Ünvanı. Yeni Nəsil Səhiyyə. Sağlam Gələcək Üçün Texnologiya və Qayğının Birləşdiyi İnnovativ Hospital Kompleksi.
Təbiətin Qəlbində, Premium Səviyyəli Yaşayış Kompleksi. Sizlər Üçün İnşa Etdiyimiz Çay Kənarında Təbiətlə Harmoniyanın Ahəngi "SHALE - CHAIRA VILLAS".
İnşası davam edən startaplar və yaradıcı komandalar üçün nəzərdə tutulmuş bu co-working mərkəzi, müasir iş mühiti, çevik ofis həlləri və güclü icma ruhunu bir araya gətirəcək. Sizlər üçün innovativ əməkdaşlıq və sürətli inkişaf üçün ideal platforma yaradırıq.
Urban memarlıqla təbiətin harmoniyasını özündə birləşdirən yaşayış kompleksi. Rahatlıq, təhlükəsizlik və yüksək həyat keyfiyyəti təqdim edən, yaşıllıqla əhatələnmiş, erqonimik və funksional planlama ilə sakinlərin komfortu üçün inşa edilən balanslı rezidensiya.
Bu layihə sadəcə bir şəxsi təyyarənin interyerinin yenilənməsi deyil, uçuş anlayışının yenidən dizayn edilməsidir. Məqsədimiz funksionallıq, estetik və komfortu bir məkanda birləşdirərək, səmada ev rahatlığını yaratmaq idi.
Shale üslubunda inşa edilən bu otel kompleksi Qəbələnin təbii üstünlüklərini müasir memarlıq və yüksək yaşam standartlarını özündə birləşdirərək, premium səviyyəli otel kompleksi təqdim edir.
Ultra Müasir üslubda hazırladığımız Məscid Kompleksi layihəmiz. Kompleks 2 hissədən ibadərətdir. Eyni anda 600 insanın birgə namaz qıla biləcəyi qabaritdədir. Birinci zal 400 kişinin ibadəti üçündür, ikinci zal 200 qadının ibadəti üçündür.
Silva latınca "meşə" deməkdir. Azərbaycanın Oğuz rayonunun təbii landşaftına uyğun hazırlanmış bu ev müasir dağ evi konseptini əks etdirir. Villanın ağacların içərisində yerləşməsi, təbii ağac fasadı və modern memarlığın təbiətlə birləşməsi bu ada çox uyğun gəlir. Təbii ağac, beton və metal elementlərin harmoniyası, geniş terraslar və yaşıllıqla inteqrasiya olunmuş memarlıq evə həm modern, həm də təbiətlə vəhdətdə görünüş verir.
Aralıq dənizinin təbii gözəlliyindən və Krit adasının memarlıq ruhundan ilhamlanan premium yaşayış məkanı. Təbii daş, ağ fasadlar, isti ağac tonları və zəngin Aralıq dənizi landşaftı ilə memarlıq ətraf mühitlə bütöv harmoniya yaradır. "AEGEAN VILLA — MEDITERRANEAN SERENITY."
Üzüm bağlarının əhatəsində, təbiətlə müasir memarlığın harmoniyasından yaranan fərdi yaşayış evi. Axıcı memarlıq formaları, su elementləri və təbii materiallarla Meysərinin özünəməxsus landşaftına inteqrasiya olunmuş premium yaşayış konsepti. "VIGNA VILLA"
Səhranın sakitliyi ilə müasir memarlığın axıcı formalarının harmoniyası. Təbiət, su və işığın yaşayış məkanına inteqrasiya olunduğu Organic Contemporary üslublu premium villa. "DESERT FLOW — SAHRA VILLA"
Zirənin zeytun bağlarından ilhamlanan, Modern Farmhouse üslubunda sakit və zamansız yaşayış məkanı. Ağ kərpic, təbii ağac və qara metalın harmoniyası zeytun ağaclarının yaşıllığı ilə bütövləşərək isti və zərif bir memarlıq atmosferi yaradır. "ZEYTUN BAĞLARININ SAKİTLİYİNDƏ MÜASİR HƏYAT."
Klassik memarlığın zamansız eleqantlığı ilə müasir minimalizmin harmoniyası. Monumental daş fasad, geniş şüşə səthlər və simmetrik həndəsə yaşıllıqla əhatələnmiş sakit və prestijli yaşayış atmosferi yaradır. "ALBA VILLA — TIMELESS ELEGANCE."
Monteneqronun zəngin təbiəti arasında inşa etdiyimiz Post-Modern üslubunda Premium Yaşayış Kompleksi. Kompleks Dukley Otellər şəbəkəsinin bir qolu kimi yeni hazırlanmış, tendensiyadan kənar daimi yaşayış üçün nəzərdə tutulmuşdur.