"KARABAKH CONSTRUCTION" MMC memarlıq, tikinti, layihələndirmə, dizayn, landşaft, daşınmaz əmlak və turizm sektorlarında fəaliyyət göstərən çox-şaxəli investisiya və inşaat şirkətidir. Şirkət Azərbaycanda beynəlxalq standartlara uyğun yaşayış və kommersiya obyektlərinin inşası üzrə ixtisaslaşmış aparıcı qurumlardan biridir.
Fəaliyyətə başladığı 2020-ci ildən etibarən "KARABAKH CONSTRUCTION" MMC həm mükəmməl arxitektura yanaşması, həm də yüksək keyfiyyətli memarlıq və tikinti işləri ilə seçilən iri miqyaslı layihələrə imza atmışdır. Şirkət qısa müddət ərzində etibarlı tərəfdaş, peşəkar icraçı və güclü brend mövqeyi qazanmışdır.
Son 5 il ərzində xüsusilə Qarabağ bölgəsində turizmin, infrastrukturun və yaşayış mühitinin inkişafına yönəlmiş ultra-müasir layihələr həyata keçirmiş, regionun bərpası və iqtisadi dirçəlişinə real töhfə vermişdir.
Azərbaycanda və regionda təhlükəsiz, funksional, estetik və uzunömürlü tikililər inşa etməklə müasir şəhər mühitinin formalaşdırılmasına töhfə vermək, eyni zamanda Qarabağın turizm və infrastruktur potensialının inkişafında aktiv rol almaq.
Tikinti və layihələndirmə sahəsində Azərbaycanda lider şirkətlərdən biri olmaq, regionda isə beynəlxalq səviyyədə tanınan, etibarlı və innovativ brendə çevrilmək.
"Müştərilərimizin etimadını doğruldan, yüksək texnoloji standartlara əsaslanan, müasir memarlıq və funksional layihələr həyata keçirərək, cəmiyyətin rifahına və ölkənin dayanıqlı inkişafına töhfə vermək."
TƏSİSÇİ
Təhsil:
Moskva Memarlıq İnstitutu - İnşaat-Mühəndislik Fakültəsi
Moskva Dövlət Universiteti - Sosial Elmlər Fakültəsi / Sosialogiya
Peşəkar Təcrübə:
Founder of MBP Group of Companies
Founder of KARABAKH CONSTRUCTION LLC
CEO
Təhsil:
Mimar Sinan ve Güzel Sanatlar Üniversitesi - Genel Mimarlık (bakalavr)
Domus Academy Milano - Urban Vision & Architectural Design (magistr)
Peşəkar Təcrübə:
Head of Architecture and Construction Department of MBP Group of Companies
CEO of MBP Group of Companies
CEO of SKYPARK Architecture LLC
CEO of KARABAKH CONSTRUCTION LLC